BAKI, 1 aprel. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanı mayın sonunda Moskvada keçiriləcək velosiped yarışına dəvət edilib.
Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə yarışın təşkilatçıları məlumat veriblər.
“Baş naziri may ayının sonunda Moskvaya qayıtmağa və beynəlxalq statusa malik flaqman tədbirimiz “Bağ Halqası” velosiped yarışına qatılmağa dəvət etməkdən məmnun olarıq”, - təşkilatçılar bildiriblər.
Ermənistan Baş naziri 2025-ci ilin dekabrında Moskvaya səfəri zamanı velosipedlə Rusiya paytaxtının mərkəzində gəzmişdi.
Xatırladaq ki, Nikol Paşinyan bu gün Moskvada işgüzar səfərdə olacaq və orada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.