BAKI, 23 mart. TELEQRAF

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycanla sərhəddə Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç nəfəri saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə onların vəkili Roman Yeritsyan məlumat verib.

Saxlanılanların Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana könüllü köçmüş şəxslər olduğu bildirilib.

Hər üçü dindirilmə üçün polis bölməsinə aparılıb. Nəticədə onlara heç bir cəza tətbiq olunmayıb, hüquq-mühafizə orqanları yalnız xəbərdarlıq edib. Amma mobil telefonlarında axtarış aparılıb.