BAKI, 6 mart. TELEQRAF

Avropa Komissiyası Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimi dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə komissiyanın saytında bildirilib.

“Avropa Komissiyası bu gün Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız səyahəti dayandırır. Artıq onlardan Şengen zonasına rəsmi məqsədlərlə daxil olmaq üçün viza tələb olunur”, - məlumatda qeyd edilib.