BAKI, 27 fevral. TELEQRAF
“Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanın ayrılması parlament seçkilərinə hesablanmış siyasi şoudur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan deyib.
Siyasətçinin fikrincə, bunun səbəbi Akopyanla evliliyə görə Paşinyanı tənqid edənlərin səslərini qazanmaqdır:
“Həmin seqment Nikolu ancaq Annaya görə tənqid edirlər. Bu, çox pis səhnələşdirilmiş şoudur. Başqa bir məsələ isə Nikol üçün mərhəmət hissi yaratmaqdır. Mərhəmət də səsə çevrilə bilər.
Oyun qaydalarına uyğun olaraq, tezliklə Annaya qarşı “cinayət işi” açılacaq, bu isə “ədalətli lider” gözləyən seqmentin libidosunu təmin edəcək və bir neçə səsin dəyişməsinə səbəb olacaq. Annanı müxalifət mitinqlərində, məsələn, “Maştots” küçəsində polis tərəfindən aparılarkən görməyiniz sizi təəccübləndirməsin”.
Ermənistan Baş nazirinin həyat yoldaşı ayrılıq qərarını bu gün açıqlayıb. Nikol Paşinyan bundan sonra yayılan xəbəri təsdiqləyib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.