BAKI, 25 fevral. TELEQRAF

“Azərbaycandan Ermənistana tədarük edilən benzin çox sürətlə tükənir, qiyməti aşağı salmaq üçün çoxlu idxal etməliyik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

“Azərbaycandan gətirilən benzin çox tez tükənir. Nə qədər çox gətirsək, bir o qədər tez satılır. Azərbaycandan gələn benzin bitən kimi, digər benzin yenidən bahalaşır. Buradan çıxan nəticə odur ki, Azərbaycandan daha çox benzin gətirilməlidir ki, xalqımız üçün həmişə ucuz benzin olsun. Nə qədər çox gətirilərsə, qiymətlər o qədər aşağı düşəcək və bu, çox məntiqlidir. Məhsul Ermənistana daxil olmazdan əvvəl adi benzin 500-520 dram arasında görmüşəm. İndi benzin 445 dramdər”, - o bildirib.

Gevorq Papoyan əlavə edib ki, böyük həcmdə benzin tədürük edilsə, qiymətlər daha da ucuz olacaq, vətəndaşın pulu da cibində qalacaq.