BAKI, 18 fevral. TELEQRAF
“Ermənistan-Türkiyə sərhədini açmaq və Gümrü-Qars dəmir yolunu bərpa etmək mümkündür”.
Teleqraf xəbər verir ki, bunu “TRIPP layihəsinin yaratdığı imkanlar” mövzusunda tələbələrlə görüşündə Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sərkis Xandanyan deyib.
Həmçinin Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna toxunan Xandanyan qeyd edib ki, Ermənistan öz ərazisində xarici hərbi qüvvələrin yerləşdirilməsində maraqlı deyil:
“Əksinə, Ermənistan xüsusən sərhədlər boyunca təhlükəsizlik və müdafiə strategiyasını öz gücünə əsaslanaraq qurur”.
Xatırladaq ki, hazırda Rusiyanın Ermənistanın Gümrü şəhərində 102-ci hərbi bazası fəaliyyət göstərir.