BAKI, 13 fevral. TELEQRAF

“Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının “Tramp Marşrutu” layihəsində mümkün iştirakı müzakirə edilməyib”.

Teleqraf xəbər verir ki, bunu Aİ missiyasının rəhbəri Markus Ritter jurnalistlərə deyib.

“Mümkün variantlar barədə danışa bilmirəm, bu, mənimlə müzakirə olunmayıb. Avropa İttifaqı iyunun 7-da Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra İrəvanla gələcək planları müzakirə edəcək, amma bu məsələ hələ müzakirə olunmayıb”, - o bildirib.