BAKI, 10 fevral. TELEQRAF
Ermənistan Milli Məclisi parlament müxalifətinin ölkədəki siyasi məhbuslarla bağlı bəyanat layihəsini rədd edib.
Teleqraf xəbər verir ki, “Ermənistan” fraksiyası tərəfindən hazırlanmış bəyanat layihəsi 52 səs əleyhinə (hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri), 21 səs isə lehinə olmaqla qəbul olunmayıb.
Bəyanat layihəsini “Ermənistan” fraksiyasının deputatı Elinar Vardanyan təqdim edib.
Parlamentin Dövlət və Hüquq Komitəsinin sədri Vladimir Vardanyan ölkədə siyasi məhbuslarla bağlı heç bir faktın olmadığını bildirib.