BAKI, 6 fevral. TELEQRAF

“Rusiyalı iş adamı Samvel Karapetyanın Ermənistanda rus və ingilis dillərinə dövlət dili statusunun verilməsi təklifini utancverici hesab edirəm”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan deyib.

“Biz heç kimin koloniyası deyilik. Biz hakimiyyətdə olduğumuz müddətdə Ermənistanda yalnız bir dövlət dili olacaq - erməni dili. Rusiyalı iş adamı isə rus və ingilis dillərində öz digər vətənlərində - Kaluqa və Kiprdə ünsiyyət qursun”, - o bildirib.