BAKI, 5 fevral. TELEQRAF

“Rusiya heç bir halda “Tramp Marşrutu”nda iştirak edə bilməz”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Xristian-Demokrat” partiyasının sədr müavini Levon Şirinyan deyib.

“Rusiya heç bir halda “Tramp Marşrutu”nda iştirak edə bilməz. Lavrov öz günlərinə ağlasın, Putini elə aldadıb Ukraynaya saldılar ki, indi çıxış yolu tapa bilmirlər. İçəridə ilişib qalmaqdan və çıxa bilməməkdən qorxurlar, amma qorxunun əcələ faydası yoxdur. Ermənistanda da revanşistləri “Tramp Marşrutu”nu gözdən salmaq üçün meydana çıxarıblar. Ruslara öz yerlərini göstərmək lazımdır”, - siyasətçi qeyd edib.

Şirinyanın sözlərinə görə, Rusiya və Ermənistandakı qüvvələri ölkədə qarışıqlıq yaratmaq istəyirlər: “Amma revanşizm Ermənistanda qalib gələ bilməz. İstəkləri budur ki, II Qaregin yerində qalsın, kilsəmiz Rusiyaya xidmət etsin”.

Partiya sədrinin müavini əlavə edib ki, Rusiyanın bütün səylərinə baxmayaraq, Ermənistan müxalifəti birləşə bilmir: “Çünki Köçəryan və Sərkisyan arasında ciddi münaqişə var”.