BAKI, 3 fevral. TELEQRAF

“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana səfərinə sayılı günlər qalıb. Bu səfər regionumuzda ABŞ-nin geosiyasi maraqlarının irəliləməsi baxımından mühüm mərhələlərdən biri olacaq. Bu, təbii regional geosiyasi rəqabətdir, hazırkı mərhələdə üstünlük ABŞ-nin tərəfindədir”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

“Vurğulamaq lazımdır ki, bu üstünlük regionun ən zəif halqasının - Ermənistanın maraqları hesabına da əldə edilir ki, bu da real siyasətin acı, amma real təzahürüdür. Bununla belə, mən bunu yalnız Tramp administrasiyasının qələbəsi kimi qiymətləndirmirəm, çünki bu cür ssenarilərin hazırlanması 1991-ci ildən başlayaraq ABŞ-nin bütün administrasiyalarına xas olub və bunlar mərhələli şəkildə həyata keçirilib.

Fikrimcə, TRIPP (və ya Zəngəzur dəhlizi) layihəsi bu mərhələdə ABŞ-yə Cənubi Qafqazda iqtisadi mövcudluğunu təmin edir. Amma onun bu iqtisadi mövcudluğunu strateji mövcudluğa çevirmək potensialı var. ABŞ indiyədək regionda bu qədər mövcud olmamışdı”, - o bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 24-də Ceyms Devid Vensin fevralda Azərbaycan və Ermənistana səfər edəcəyini açıqlamışdı.