BAKI, 2 fevral. TELEQRAF

Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məsələ Ermənistan müdafiə naziri Suren Papikyanla Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Anil Çauxan arasında İrəvanda keçirilən görüşdə müzakirə olunub.

Papikyan müdafiə sahəsində əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirib. Çauxan da mövcud sahələrdə birgə işi davam etdirməyə və yeni layihələrə başlamağa hazır olduqlarını bildirib.

Son illərdə İrəvan və Dehli 1,5 milyard dollar dəyərində silah müqavilələri imzalayıb. Hindistan Ermənistanı raket buraxılış sistemləri, lüləli artilleriya qurğuları, raket sistemləri və sairlə təchiz edir.