BAKI, 14 yanvar. TELEQRAF
Ermənistanda yaşayan iranlılar Tehranın İrəvandakı səfirliyi qarşısında aksiya keçiriblər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Aksiya İranda davam edən anti-hakimiyyət etirazlarına dəstək məqsədilə keçirilib.
İştirakçılar İran rejimi əleyhinə “Ağla, molla, Pəhləvi gəlir” və sairə şüarlar səsləndiriblər.
Qeyd edək ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqulami səfirlik önündə keçirilən aksiya ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib. Səfir bir həftəyə yaxındır İrəvanda Tehran əleyhinə aksiyaların keçirildiyini açıqlayıb.
Xəlil Şirqulami Ermənistan hakimiyyətini İrana düşmən olan qüvvələrə meydan verməkdə günahlandırıb və bəyan edib ki, Tehran bunu heç vaxt unutmayacaq.