BAKI, 25 dekabr. TELEQRAF
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan etimadnaməsinin surətinin təqdim edilməsi münasibətilə İranın yeni təyin olunmuş səfiri Xəlil Şirqulamini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Etimadnamənin surətinin təqdim edilməsi mərasimindən sonrakı müzakirə zamanı tərəflər Ermənistan və İran arasında mövcud dialoqun strateji xarakteri, formalaşmış qarşılıqlı etimad mühiti, eləcə də infrastruktur layihələri çərçivəsində çoxsektorlu əməkdaşlığı davam etdirmək üçün qarşılıqlı istəyi vurğulayıblar.
Həmsöhbətlər həmçinin regional və beynəlxalq gündəmdəki bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.