BAKI, 19 dekabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Qafqaz xalqları arasında erkən yaşda evlənməyi “yaxşı təcrübə” adlandırıb və başqalarını da bu təcrübəni izləməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə illik mətbuat konfransında bildirib.
“Qafqaz xalqları arasında yaxşı bir ənənə var. Onlar uşaqlarını kifayət qədər erkən yaşda evləndirirlər. Bu, həqiqətən də doğru bir şeydir, biz də onların nümunəsini izləməliyik”, - Putin bildirib.
Rusiya lideri xatırladıb ki, Çeçenistan lideri Ramzan Kadırovun böyük ailəsi var:
“Onun çoxlu övladı var və onlar kifayət qədər gənc yaşda evlənirlər. O, mənə deyib ki, bu ənənə bütün Qafqazda var”.