BAKI, 16 dekabr. TELEQRAF
Ermənistan parlamenti məcburi hərbi xidmət müddətini 24 aydan 18 aya endirən qanun layihəsini ikinci - sonuncu oxunuşda qəbul edib.
Teleqraf xəbər verir ki, səsvermə zamanı 65 deputat “lehinə”, 4 deputat “əleyhinə” səs verib, 20 deputat bitərəf qalıb.
Ermənistan Müdafiə Nazirliyi sentyabr ayında hərbi xidmət müddətinin azaldılmasını təklif edib. Çağırışçıların sayının azalmasının müqaviləli xidmətin genişləndirilməsi ilə kompensasiya edilməsi planlaşdırılır.
Dəyişiklik 2026-cı ilin yanvar ayından xidmətə başlayacaq çağırışçılara şamil ediləcək.