BAKI, 9 dekabr. TELEQRAF
“Ermənistan respublikasında zorakılığa yer yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Zorakılığa çağıranlar və zorakılığa əl atanlar ifşa olunmalı, həm siyasi, həm də hüquqi qiymət almalıdırlar”, - baş nazir vurğulayıb.
Dekabrın 8-də vəkil Ruben Məlikyan müxalif Respublika Partiyasının üzvü Mihran Akopyan tərəfindən hücuma məruz qalaraq xəstəxanaya aparıldığını açıqlayıb. Ermənistan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı zəng daxil olduğunu təsdiqləyib.