BAKI, 25 noyabr. TELEQRAF
“NATO baş katibi və digərləri yaxşı bilirlər ki, onların öz institutlarının qiymətləndirməsinə görə, Gürcüstan NATO-ya üzv olmaq üçün hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Quram Maçaraşvili deyib.
“NATO-nun baş katibi dəqiq danışmadıqda, adətən belə çox ümumi və hörmətsiz cavablar verir. O, (təkcə o deyil) yaxşı bilir ki, illərdir Gürcüstan NATO-ya üzvlük üçün hazırdır, bu, onların öz institutlarının qiymətləndirməsidir. NATO baş katibi yaxşı bilir ki, gürcü əsgərləri xaricində heç kim amerikalı əsgərlərlə birlikdə beynəlxalq sülh missiyalarında iştirak edə bilməzdi - həm cəsarət, həm də iştirak faizinə görə. Gürcüstan NATO qoşunları və sülh missiyalarında elə miqyas və keyfiyyətlə iştirak edib ki, heç bir digər ölkə, o cümlədən NATO üzvü olan ölkələr bununla müqayisə edilə bilməz. İndi isə deyirlər ki, istəkləri varsa, çalışsınlar və sair. Biz də videoları göstərə bilərik. Özləri deyiblər ki, Gürcüstan NATO-ya üzv olmaq üçün hazırdır, sadəcə, siyasi qərar verilməlidir”, - deputat bildirib.
NATO baş katibi Mark Rutte bundan öncə Gürcüstanın alyansa üzvlüyə hazır olmadığını açıqlayıb:
“Avroatlantik məkanda hansısa ölkə NATO-ya üzvlük üçün istək ifadə edə bilər, bunun üçün keçilməli olan bir proses var. Əlbəttə, mən Gürcüstanda baş verənlərlə bağlı sadəlövh deyiləm”.