BAKI, 22 noyabr. TELEQRAF

“Mən yeni Konstitusiyanın qəbulu ilə ifadə edilməli olan daxili legitimliyimizi gücləndirməyi fundamental hesab edirəm”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

Baş nazir dövlət qulluqçuları qarşısındakı çıxışında beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü qorumaq hüququ və bu çərçivədə yeni Konstitusiyanın qəbulunun zəruriliyindən danışıb.

“Mən yeni Konstitusiyanın qəbulu ilə ifadə edilməli olan daxili legitimliyimizi gücləndirməyi fundamental hesab edirəm”, - N.Paşinyan qeyd edib.