BAKI, 18 noyabr. TELEQRAF
Gürcüstan xarici işlər naziri Maka Boçorişvili İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ilə görüşüb.
Teleqraf xəbər veirir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər iki ölkə arasında tərəfdaşlıq münasibətləri və ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi yollarını müzakirə ediblər.
Təhlükəsizlik və hüquq-mühafizə sahələrində əlaqələrin dinamikası və iki ölkənin nazirlikləri arasında səmərəli əlaqələndirmə xüsusi vurğulanıb. Yüksək səviyyəli səfərlərin müsbət dinamikası məmnunluqla qeyd olunub.