BAKI, 27 oktyabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ilin yazında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə dəvət olunub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, dəvətlər hələlik şifahi formada çatdırılıb.