BAKI, 23 oktyabr. TELEQRAF

Ermənistanın Gümrü şəhərində keçirilən etiraz aksiyasının 13 iştirakçısı barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 20-də Gümrü şəhərinin meri Vardan Qukasyan hüquq-mühafizə orqanları tərəfindən ofisində saxlanılıb. Meriyada əməliyyat keçirilərkən onun tərəfdarları etiraz aksiyası keçirmişdilər.

Vardan Qukasyan və meriyanın digər 7 əməkdaşı barəsində korrupsiya və külli miqdarda mənimsəmə ittihamları ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib.