BAKI, 22 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Gümrü şəhərinin meri Vardan Qukasyanın həbsi ilə bağlı heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Ermənistan parlamentində çıxışı zamanı bəyan edib.

"Fikirlərim mənə qarşı istifadə oluna bilər, bəs, başqalarına qarşı necə istifadə edilə bilər? Deyirlər ki, guya Vardan Qukasyan düşüncə və davranışlarına görə həbs edilib. Bunun mənim fikirlərimlə nə əlaqəsi var?", - o qeyd edib.

Xatırladaq ki, oktyabrın 20-də Gümrü meri Vardan Qukasyan və meriyanın daha 7 əməkdaşı korrupsiya ittihamı üzrə açılmış cinayət işi çərçivəsində həbs olunub.