BAKI, 14 oktyabr. TELEQRAF
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gürcüstanın Rusiya əleyhinə dövlət iddiasını təmin edib və Gürcüstan tərəfinə 2008-ci il müharibəsindən sonra insan hüquqlarının pozulması iddialarına görə 253 milyon avro məbləğində kompensasiya təyin edib.
Teleqraf xəbər verir ki, iş 2018-ci ildə beynəlxalq məhkəməyə verilib.
Qeyd edək ki, Gürcüstan və Rusiya arasında müharibə 2008-ci il avqustun 8-də baş verib. Gürcüstanın Cənubi Osetiyanı azad etmək cəhdinə cavab olaraq, Rusiya bölgəyə hərbi qüvvə yeridib.
2008-ci il avqustun 26-da Rusiya Cənubi Osetiya və Gürcüstanın digər muxtariyyəti Abxaziyadakı separatçı rejimləri “müstəqil dövlət” kimi tanıyıb.