BAKI, 14 oktyabr. TELEQRAF

Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən sülh sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan humanitar məsələləri müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri məlumat verib.

“Azərbaycanın xarici işlər naziri ilə nizamlanma prosesi ilə bağlı fikir mübadiləsi aparmaq imkanımız oldu, ikitərəfli görüş zamanı mümkün olduğu qədər, dərindən yox, amma diqqəti humanitar məsələlərə yönəltdik”, - Ararat Mirzoyan İrəvanda ATƏT sədri Elina Valtonenlə keçirdiyi mətbuat konfransında bildirib.