BAKI, 13 oktyabr. TELEQRAF
“Gürcüstanın cəzalandırılması və Avropa İttifaqından (Aİ) tam uzaqlaşdırılması başqasının maraqlarına daha uyğun olar, Brüsselin, Avropa İttifaqının və Avropanın öz maraqlarına yox”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.
“Əgər belə bir şey baş verərsə, bu, cəzalandırıcı əməliyyat olacaq, amma ümid edirəm ki, belə olmayacaq və Brüssel daha çox düşünəcək ki, bu gün Avropanın Gürcüstanla münasibətlərə hansı ehtiyacı var. Bu barədə tez-tez danışırıq, bu yalnız birtərəfli tələb deyil, yalnız Gürcüstanın Avropa İttifaqına yox, Avropa İttifaqının da Gürcüstana ehtiyacı var”, - nazir bildirib.