BAKI, 8 oktyabr. TELEQRAF

“Avropa bürokratlarının Gürcüstana dair bəyanatları yalandır və faşistlərin propaqanda naziri Jozef Göbbelsin çıxışlarına bənzəyir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Avropa panaseya deyil. Təbliğatı ilə tanınan cənab Göbbels də Avropanı təmsil edirdi. Avropa bürokratiyasından eşitdiyimiz biabırçı yalanlar və bəyanatlar həqiqətən də Göbbelsin təbliğatının davamıdır. Xatırlatmaq istəyirəm ki, 1940-cı illərdə Avropanın ən qüdrətli dövlətlərindən birində işləyəndə Göbbels də Avropanın bir hissəsi idi. Göbbelsin təbliğatının 80 ildən sonra Avropaya qayıtmasına imkan verə bilmərik”, - baş nazir vurğulayıb.