BAKI, 3 oktyabr. TELEQRAF
“Türkiyə Hava Yolları İrəvana uçuşlara başlayır, bu, yaxın gələcəkdə baş verəcək”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin komitə sədri Sərkis Xandanyan məlumat verib.
O bildirib ki, Türkiyə aviaşirkətlərinin Ermənistan bazarına daxil olması həmişə müzakirə olunub: “Aviaşirkət siyasi səbəblərdən Ermənistana daxil olmayıb”.
Xandanyanın sözlərinə görə, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin son görüşündə hava nəqliyyatı sahəsində əməkdaşlığın aktivləşdirilməsinin vacibliyi müzakirə edilib:
“Artıq Türk Hava Yolları İrəvana uçuşlara başlayacağını bəyan edib. Bunun nə vaxt olacağını bilmirəm, amma bu, yaxın gələcəkdə baş verəcək bir şeydir”.
O əmindir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin tam normallaşdırılmasında heç bir problem yoxdur: “Türkiyə tərəfdən aktiv addımlar gözləyirik”.