BAKI, 2 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Kopenhagendə Monteneqro Prezidenti Zakov Milatoviçlə görüşüb.

Teleqraf xəbər verir ki, görüş zamanı həmsöhbətlər Ermənistan və Monteneqro arasında çoxsahəli əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

Monteneqro Prezidenti Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb və bunun region üçün geniş inkişaf imkanları açacağına əminliyini bildirib.

Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlər çərçivəsində dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.