BAKI, 2 oktyabr. TELEQRAF
“Oktyabrın 4-də keçiriləcək sakrebul (bələdiyyə) seçkilərində hakim “Gürcü Arzusu” Partiyasın qələbəsi qaçılmazdır”.
Teleqraf xəbər verir ki, bunu hakim partiyadan olan deputat Rati İonatamişvili deyib.
Onun fikrincə, ölkə əleyhinə addımlar atan radikal müxalifət nümayəndələri seçkilərdə acı məğlubiyyətlə üzləşəcək, “Gürcü arzusu” isə onuncu qələbəsini qazanacaq:
“Oktyabrın 4-də cəmiyyət öz seçimini edəcək və bu seçim Gürcüstan və “Gürcü Arzusu”nun xeyrinə olacaq. Bu, indi də belədir, çünki burada ölkəmizin maraqları nəzərə alınır, inkişaf, firavanlıq, əmin-amanlıq, xalqımıza qarşı məsuliyyətli münasibət göstərilir.
Digər tərəfdə isə tamamilə ifşa olunmuş radikal müxalifət var, onlar da məhv olmaq ərəfəsindədir. Ölkəmizə qarşı hərəkət edənlər son nəticədə çox acı bir şəkildə məğlub olacaqlar”.