BAKI, 2 oktyabr. TELEQRAF
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Avropa liderləri ilə iqtisadiyyatla bağlı dəyirmi masada iştirak etmək imkanı əldə edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş nazir Administrasiyasının rəhbəri Levan Joliani bildirib.
Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti Avropa Siyasi Şurasının VII sammitinin keçirildiyi Danimarkanın paytaxtı Kopenhagendədir.
“İqtisadiyyat bizim üçün ən vacib prioritetlərdən biridir, ona görə də iqtisadi artım baxımından Avropanın liderlərindən biriyik. Artıq bir neçə ildir bu tendensiyanı qoruyuruq. Həmçinin Baş nazir Fransanın narkotiklərə qarşı koalisiya yaratmaq təşəbbüsünə qoşulur. Gürcüstan hökuməti bu istiqamətdə çox fəal işləyir”, - rəsmi bildirib.