BAKI, 29 sentyabr. TELEQRAF
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan MDB Hökumət Başçıları Şurasının Minskdə keçiriləcək iclasına onlayn qatılacaq. Baş nazir Nikol Paşinyan iclasda iştirak etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a baş nazirin müavininin mətbuat xidmətindən məlumat verilib.
“Baş nazirin müavini Mqer Qriqoryan MDB Hökumət Başçıları Şurasının Minskdə keçirilən iclasında videokonfrans formatında iştirak edəcək”, - mətbuat xidməti bildirib.
İki ilə yaxındır Ermənistan rəsmiləri Paşinyanla Prezident Aleksandr Lukaşenko arasında münasibətlərin gərgin olması səbəbindən Belarusda keçirilən tədbirlərdə şəxsən iştirak etmirlər. TASS yazıb ki, gərginlik Lukaşenkonun 2024-cü ilin mayında Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsinə səfərindən sonra başlayıb.
Paşinyan bəyan edib ki, Lukaşenko orada olduğu müddətdə Ermənistan rəsmiləri Belarusa səfər etməyəcəklər.