BAKI, 26 sentyabr. TELEQRAF
“Ermənistanda Konstitusiya dəyişiklikləri prosesi 2020-ci ildə başlayıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.
“Hakimiyyət konstitusiya dəyişiklikləri prosesinə 2020-ci ildə başlayıb. Heç kimdən heç bir tələb yoxdur, Ermənistan bunu nəzərə alıb və onun əsasında qərar verib. Biz bütün qərarları və islahatları ölkəmizin maraqlarına əsaslanaraq həyata keçiririk”, - o vurğulayıb.
Alen Simonyan Azərbaycanla sülh sazişinin Ermənistanda Konstitusiya dəyişikliyindən əvvəl imzalana biləcəyini də iddia edib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına müvafiq dəyişiklik yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın tələbidir. Söhbət Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasından gedir.