BAKI, 23 sentyabr. TELEQRAF

“Ermənistanın paytaxtı İrəvan Cənubi Qafqazda ən pis hava keyfiyyətinə malikdir”.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Ermənistandakı rezident əlaqələndiricisi Fransuaza Ceykob deyib.

Onun sözlərinə görə, bu, ölkənin cəlbediciliyinə təsir göstərir. F.Ceykob həmçinin Ermənistanın torpaqlarının aktiv səhralaşması problemini, o cümlədən kənd təsərrüfatı, tikinti və mədən işləri nəticəsində çayların çirklənməsini qeyd edib.

BMT nümayəndəsi vurğulayıb ki, Ermənistan ətraf mühitin qorunmasına ÜDM-in cəmi 0,6 faizini xərcləyir:

“Amma Ermənistan sülh gündəmində irəliləyiş əldə edir və bu, yeni imkanlar açır”.