TBİLİSİ, 12 sentyabr. TELEQRAF

ATƏT-in 35 üzv dövləti Gürcüstanda insan haqlarının vəziyyəti ilə bağlı bəyanat yayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, sənəddə Gürcüstan hakimiyyəti bütün maraqlı tərəflərlə inklüziv dialoqa açıq olmağa çağırılıb.

Bəyanat müəllifləri təəssüflə qeyd ediblər ki, Gürcüstan hakimiyyəti ölkədə pisləşməkdə olan insan haqlarının vəziyyəti ilə bağlı addımlar atmayıb.

Sənəddə, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (ATƏT/DTİHB) Gürcüstanda oktyabrın 4-də keçiriləcək seçkiləri müşahidə etmək üçün dəvətin vaxtında göndərilməməsi də tənqid edilib.

Bəyanatda gürcü xalqına və onun demokratik, sabit və Avropa gələcəyi istiqamətindəki səylərinə dəstək ifadə olunub.