TBİLİSİ, 8 sentyabr. TELEQRAF

Gürcüstanda külli miqdarda saxta pulun dəyişdirilməsində ittiham olunan iki nəfər Azərbaycan vətəndaşı ilə bağlı həbs qətimkan tədbiri seçilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər Marneuli bələdiyyəsinin Lecbəddin kəndindəki iki valyutadəyişmə məntəqəsində 7 ədəd saxta 500 avroluq əskinası dəyişdirərək zərərçəkmişlərə 10 765 lari (6 795 AZN) dəyərində ziyan vurublar.

Azərbaycan vətəndaşlarına qarşı əvvəlcədən razılaşma yolu ilə bir qrup şəxs tərəfindən külli miqdarda saxta valyutanın dəyişdirilməsi maddəsi üzrə ittiham irəli sürülüb. Bu cinayət əməlinə görə 7 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən şəxslər tərəfindən törədilmiş mümkün oxşar cinayət əməllərinin müəyyən olunması məqsədilə istintaq hərəkətləri davam etdirilir.

***

11:23

TBİLİSİ, 8 sentyabr. TELEQRAF

Gürcüstanda külli miqdarda saxta pulun dəyişdirilməsi faktına görə iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, 1966 və 1993-cü il təvəllüdlü şəxslər “Qırmızı körpü” gömrük-keçid məntəqəsi yaxınlığındakı valyutadəyişmə məntəqəsində 7 ədəd saxta 500 avroluq əskinası dəyişdiriblər.

Fakt sübuta yetirilərsə, Azərbaycan vətəndaşlarını 10 ilədək həbs cəzası gözləyir.