TBİLİSİ, 3 sentyabr. TELEQRAF

Ötən gün Tbilisidə keçirilmiş etiraz aksiyasında saxlanılan şəxslərin birinin üzərindən odlu silah müsadirə olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaq tədbirləri çərçivəsində 1963-cü il təvəllüdlü şəxsin yaşayış evində müxtəlif növ odlu silah və hərbi sursatlar da aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxsi 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, ötəngünkü aksiyada polisin qanuni tələblərini yerinə yetirməyən 20-dən çox etirazçı inzibati qaydada saxlanılıb.