BAKI, 26 avqust. TELEQRAF
Avqustun 26-da Ermənistan Korrupsiyaya qarşı Mübarizə Məhkəməsində ölkənin keçmiş prezidenti Serj Sərkisyanın işi üzrə növbəti iclas keçirilib.
Teleqraf xəbər verir ki, məhkəmə sabiq prezidentə qarşı cinayət işinə xitam verilməsi barədə vəsatəti rədd edib.
Xatırladaq ki, S.Sərkisyanın işi onun müdafiə naziri olduğu dövrdə İrəvanda torpaq sahələrinin qanunsuz olaraq mənimsənilməsi ilə bağlıdır. Ona qarşı külli miqdarda əmlakın mənimsənilməsi, vəzifə səlahiyyətlərindən istifadə etməklə və cinayət yolu ilə külli miqdarda əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) və külli miqdarda çirkli pulların yuyulmasına köməklik göstərilməsi üzrə ümumilikdə 23 ittiham irəli sürülüb.