TBİLİSİ, 28 iyul. TELEQRAF
Litva viza sanksiyaları tətbiq etdiyi Gürcüstan vətəndaşlarının siyahısına daha 10 nəfəri əlavə edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, həmin şəxslərin Litvaya girişi qadağan olunub.
Siyahıda hakim və prokurorlarla yanaşı, Acarıstanın hökumət sədri Sulxan Tamazaşvili, Gürcüstan parlamentinin deputatları – Mariam Laşxi və Nino Tsilosani, Antikorrupsiya Bürosunun rəhbəri Rajden Kupraşvili də var.
Bununla Litvanın viza məhdudiyyətləri tətbiq etdiyi Gürcüstan vətəndaşlarının sayı 112-yə çatıb.
Qeyd edək ki, bu ilin aprelində Litva sanksiyalar tətbiq olunan Gürcüstanın 102 nəfər yüksək vəzifəli məmurunun siyahısını açıqlayıb. Litvaya girişi qadağan olunanların arasında hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze də yer alıb.