BAKI, 16 iyul. TELEQRAF
"Son həftələr Gümrü bazasına əlavə qüvvələrin cəlb edilməsi ilə bağlı məlumatlar əldə etmişik".
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında Rusiyanın ölkəsindəki Gümrü hərbi bazasına rəsmi Moskvanın çoxsaylı uçuşlar həyata keçirməsi ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, Rusiya tərəfindən Ermənistanın sözügedən məsələ ilə bağlı müraciəti olmayıb:
"Bu barədə Rusiyaya sorğu ünvanlamışıq, amma təəssüf ki, cavab almamışıq. Bu xəbərləri mediadan oxuyuruq, araşdırma aparırıq. Lakin Ermənistan ərazisindən üçüncü ölkəyə qarşı heç kim istifadə edə bilməz".