TBİLİSİ, 6 iyul. TELEQRAF

Gürcüstanın Daxili İşlər Nazirliyi tanınmış iş adamı Giorgi Ramişvilinin saxlanılması barədə məlumat yayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, biznesmenin Tbilisi beynəlxalq hava limanının uçuş terminalında əl yükünün skanerlə yoxlanması zamanı odlu silah, patron darağı və güllələrin aşkarlandığı bildirilib.

Məlumata əsasən, istinaqla odlu silahın G.Ramişvilinin adına qeydiyyatda olsa da, biznesmenin onu daşımaq hüququna malik olmadığı müəyyən edilib.

İş adamına qarşı irəli sürülmüş ittiham sübuta yetirilsə, onu 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

***

21:20

TBİLİSİ, 6 iyul. TELEQRAF

Gürcüstanın nüfuzlu iş adamı Giorgi Ramişvili saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, biznesmenin Tbilisi hava limanında saxlanıldığı bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, G.Ramişvili Cinayət Məcəlləsinin odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması maddəsi üzrə saxlanılıb.

G.Ramişvili “Silk Road Group” və “Silknet” şirkətlərinin, “Euronews” telekanalının 2019-cu ildə yaradılmış Gürcüstan nümayəndəliyinin təsisçisidir.

Qeyd edək ki, “Euronews Gürcüstan”ın yaradılması ideyası keçmiş prezident Salome Zurabişviliyə məxsus olub. Telekanal 2020-ci ilin sentyabrından yayımlanır.