BAKI, 2 iyul. TELEQRAF
Ermənistanın sabiq prezidenti Serj Sərkisyana qarşı yeni cinayət işi məhkəməyə göndərilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.
S.Sərkisyan müdafiə naziri, baş nazir və prezident olarkən qanunvericiliyə zidd olaraq müəyyən şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, kommersiya təşkilatlarının idarə olunmasında iştirak etməkdə, korrupsiya, rüşvətxorluq və digər cinayət əməllərində ittiham edilir.