TBİLİSİ, 26 iyun. TELEQRAF

Gürcüstanın Laqodexi rayonunda qəsdən adam öldürmə ittihamı ilə iki nəfər saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs ötən gün azərbaycanlıların yaşadığı Qabal kəndinin bazarında mağaza sahiblərindən biri 1975-ci il təvəllüdlü F.A. adlı şəxsi odlu silahla qətlə yetirərək hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılarkən ölüb.

Faktla bağlı qəsdən adam öldürmə faktı üzrə istintaq tədbirləri aparılır. Cinayət əməli 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.