TBİLİSİ, 4 iyun. TELEQRAF
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzində silahlı insident baş verib.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “TV Pirveli” kanalı məlumat yayıb.
Məlumata əsasən, polis bölməsinin qarşısında qeydə alınmış insidentdən öncə mübahisə olub.
Nəticədə iki nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb. İnsidentlə bağlı saxlanılanların olduğu bildirilir.
Hadisə yerində istintaq tədbirləri həyata keçirilir.