BAKI, 2 iyun. TELEQRAF

Gorus şəhərində Fransanın fəxri konsulunun ofisi açılıb.

Teleqraf xəbər verir ki, açılışda Fransanın Ermənistandakı səfiri Olivye Dekotini, Gorus meri Aruş Aruşanyan, Sünik vilayətinin (Qərbi Zəngəzur) qubernatoru Robert Qukasyan və Fransanın fəxri konsulu Karmen Apunts iştirak edib.

Xatırladaq ki, Fransa xarici işlər naziri Jan-Noel Barro mayın 26-da İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında ölkəsinin Gorus şəhərində konsulluq xidmətinin açılacağını bildirmişdi.