BAKI, 29 may. TELEQRAF
“Nə qədər müqəddəslikdən danışıb, onu ayaqlar altında tapdalamaq olar?”
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan erməni kilsələri barədə danışarkən deyib.
“İnsanlar mənəvi dinclik üçün kilsəyə gedirlər. Amma içəri girirsən, görürsən ki, hər tərəfi zir-zibil basıb, kiminsə köhnə paltarı, kiminsə ayaqqabısı atılıb bir kənara, kimsə də gətirib çamadanını bir küncə qoyub. Bir insan nə qədər yalançı ola bilər? Nə qədər müqəddəslikdən danışıb, onu ayaqlar altında tapdalamaq olar?” - baş nazir vurğulayıb.
Nikol Paşinyan erməni kilsələrinin murdarlandığını qeyd edib.