BAKI, 26 may. TELEQRAF
Fransa Gorusda (Qərbi Zəngəzur) konsulluq xidməti açacaq.
Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
Nazir Fransa və Ermənistanın tezliklə Gorusda konfrans keçirəcəyini də açıqlayıb: “Bu, ölkələrimiz arasında çox mühüm əməkdaşlıqdır. Onun Sünikdə keçirilməsi həm də siyasi siqnaldır”.
Barronun sözlərinə görə, Fransa Ermənistan qarşısında uzunmüddətli öhdəliklər götürüb, bu münasibətlərin əsasını təşkil edəcək bir sıra sənədlər imzalanıb.