BAKI, 26 may. TELEQRAF

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransa xarici işlər naziri ilə “Niyyət bəyannaməsi” imzaladıqlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə İrəvanda keçirdikləri brifinqdə bildirib.

“Bu, iki qurum arasında daha sıx əməkdaşlığı nəzərdə tutur, o cümlədən siyasi dialoqun dərinləşdirilməsi, müntəzəm məsləhətləşmələrin keçirilməsi, xaricdəki diplomatik nümayəndəliklər arasında qarşılıqlı fəaliyyətin artırılması və sairəni”, - nazir deyib.

Mirzoyanın sözlərinə görə, onlar Fransa ilə bir neçə il əvvəl heç müzakirə oluna bilməyən sahələrdə əməkdaşlıq edirlər.