BAKI, 26 may. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Albaniyada baş tutan görüş konstruktiv keçib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə bildirib.

“Bizim fikrimizcə, görüş kifayət qədər konstruktiv keçib. İki ölkənin liderləri görüşdə sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələri davam etdirməyə hazır olduqlarını bildiriblər”, - o qeyd edib.

Vaan Kostanyan hesab edir ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında müzakirələri davam etdirmək imkanı olacaq.

Xatırladaq ki, İlham Əliyev və Nikol Paşinyan arasında görüş mayın 16-da Tiranada Avropa Siyasi Birliyinin 6-cı sammiti çərçivəsində baş tutub.