TBİLİSİ, 23 may. TELEQRAF
“Bölgəmizdə bu yaxınlarda Ermənistanla Azərbaycan arasında münaqişə baş verdi və biz münaqişənin başa çatmasında maraqlı olan tərəflərdən biriyik”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “İmedi” telekanalının efirində yayımlanan “İmedi Live” proqramında deyib.
O, Azərbaycan və Ermənistan hökumətlərinə münaqişəyə son qoymağa hazır olduqlarını ifadə etdiklərinə görə təşəkkürünü bildirib.
“Sülh və sabitlik bölgə üçün ən mühüm əhəmiyyət kəsb edir və hər üç ölkə üçün imkanlar yaradacaq. Elə gün olmur ki, hansısa böyük dövlət bu kontekstdə regiondan danışmasın. Bizim Türkiyə ilə də çox yaxşı münasibətlərimiz var. Bəyan etdiyimiz mövqemiz bundan ibarətdir ki, region hamı üçün daha cəlbedici olacaq”, - M.Kavelaşvili söyləyib.